Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2024 21:54
Ukrayna ordusu Rusiyanın Belqorod şəhərini atəşə tutub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, şəhərin atəşə tutulması nəticəsində ən azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Qeyd edək ki, Ukrayna daha öncə Donetskə zərbələr endirib. Nəticədə 9 nəfər ölüb, 6 nəfər yaralanıb.