Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2024 11:26
"Hindistanın baş naziri Narendra Modi 2025-ci ildə 75 yaşı tamam olduqdan sonra istefa verməyəcək".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu respublikanın cənubunda yerləşən Heydərabadda keçirdiyi mətbuat konfransında ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Amit Şah deyib.
"Modini əvəz etməyə ehtiyacımız yoxdur. Onun dəyişdirilməyəcəyi artıq qərara alınıb", - nazir əlavə edib.
Şahın sözlərinə görə, ölkə konstitusiyasında heç bir yaş məhdudiyyəti qeyd olunmur.
Qeyd edək ki, Hindistanda parlament seçkilsi aprelin 19-da başlayıb və iyunun əvvəlinə qədər bir neçə mərhələdə keçiriləcək. Favoritlər arasında ardıcıl üçüncü dəfə baş nazir olmaq istəyən hazırkı hökumət başçısı Modinin rəhbərlik etdiyi hakim Hindistan Xalq Partiyası da var.