Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2024 13:04
Meta şirkətinə bağlı "WhatsApp" və "İnstagram" sosial şəbəkələri üzərində yeni funksiyaların tətbiq edilməsi üçün işlər aparılır.
Sonxeber.net olay-a istinadən bildirir ki, "WhatsApp"da başqasının profil fotosunun ekran görüntüsü alınması məhdudlaşdırılacaq. Xatırladaq ki, bu funksiya bir dəfəlik göndərilən fotolar üçün də tətbiq edilmişdi.
"İnstagram" da buna bənzər funksiya üzərində çalışır. Belə ki, hekayə bölümündə edilən paylaşımların ekran görüntüsü alınarsa, bu zaman hesab sahibinə bu haqda məlumat verilməsi planlaşdırılır.