Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış aparıcıya yüksək vəzifə verildi - FOTO

Tanınmış aparıcıya yüksək vəzifə verildi - FOTO

Tarix: 14 May 2024 20:55

Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlər çox, məsuliyyət böyük", - deyə Namidə İsayeva qeyd edib.

Xatırladaq ki, əmək fəaliyyətinə "Azərbaycan dili və ədəbiyyatı" müəlliməsi kimi başlayan N.İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.

2019-cu ildən Lider TV-də "Həkimim" verilişində, daha sonra Xəzər FM-də yayımlanan "Radio Doktor" verilişi və ARB telekanalında yayımlanan "Yeni mən" verilişində layihə rəhbəri və aparıcı, 2022-ci ildən "Nizami Tibb Mərkəzi"nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri olaraq fəaliyyətini davam etdirib.


Etiketlər:  Tanınmış aparıcıya yüksək vəzifə verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ