Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur siyasətçi uşaq istismarına görə həbs edildi

Məşhur siyasətçi uşaq istismarına görə  həbs edildi

Tarix: 15 May 2024 14:42

Almaniyada Lünen merinin keçmiş müavini uşaq pornoqrafiyasına və azyaşlılarla intim yazışmasına görə həbs cəzasına məhkum edilib.

Sonxeber.net unikal-a istinadən xəbər verir ki,  istintaq materiallarına görə, 41 yaşlı Daniel Volski özünün çılpaq fotolarını yeniyetmələrə göndərərək onları görüşməyə razı salmağa çalışıb. Üstəlik, siyasətçi həm oğlanlarla, həm də qızlarla yazışıb.

Volski yeniyetmələrlə ilk təmaslarını 2018-ci ilin əvvəlində qurub və o vaxtdan bəri onlarla müntəzəm görüşüb.

Beş həftə davam edən məhkəmənin ikinci günündə sabiq mer müavini öz günahını tam etiraf edib və bütün zərərçəkmişlərə 1000 avroya qədər təzminat ödəyib. Hakim onu ​​təqsirli bilib və müalicə almasını tövsiyə edib. O, həmçinin üç il yarım müddətinə azadlıqdan məhrum edilib. 


Etiketlər:  Məşhur siyasətçi uşaq istismarına görə həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ