Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO

Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO

Tarix: 15 May 2024 15:38

Bakı kəndlərindən birində heyvana əziyyət verən sürücü görüntülənib.

Milli.Az bildirir ki, avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə mayın 14-də axşam saatlarında qeydə alınıb. Belə ki, 90-NT-636 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilin sürücüsü atı iplə maşının arxasına bağlayaraq yol boyu aparıb. Onun nə üçün bunu etdiyi bəlli deyil.

Qeyd edək ki, video sosial şəbəkədə birmənalı qarşılanmayıb. Əməli törədən sürücü qınaq obyektinə çevrilib.

Xatırladaq ki, sürücü atın nəqliyyat vasitəsi ilə aparılması şərtini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 290.1.2-ci (ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulması) maddəsinə əsasən, 200 manat məbləğində cərimə oluna bilər. 

Milli.Az


Etiketlər:  Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ