Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsində dəyişiklik edildi

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsində dəyişiklik edildi

Tarix: 22 Noyabr 2019 10:12

Bakı. İlhamə İsabalayeva – Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edib.

Trend-in məlumatına görə, bu dəyişikliyə əsasən, Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Müşahidə Şurasının iclası üzvlərinin yarıdan çoxu da iştirak etdikdə səlahiyyətli olacaq.

Bu qərara qədər isə Müşahidə Şurasının iclasının səlahiyyətli olması üçün üzvlərin hamısının iştirak etməsi lazım idi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsində dəyişiklik edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ