Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2024 13:34
Tavuşun Kirants kəndinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə razılaşmaya etiraz edən sakinləri tərəfindən mayın 16-dan etibarən bağlı olan Ermənistan-Gürcüstan yolu açılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik-Armenia"ya kənd sakinləri məlumat verib. Bildirilib ki, kəndə aparan yoldakı nəzarət postu da artıq oradan götürülüb.
Müvafiq qərar kənd sakinlərinin Tavuş vilayətinin qubernatoru Ayk Qalumyanla görüşündən sonra qəbul edilib.