Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu sənətə bədən quruluşu və “day-day” hesabına gəlməmişəm” – VİDEO

“Bu sənətə bədən quruluşu və “day-day” hesabına gəlməmişəm” – VİDEO

Tarix: 17 May 2024 22:35

"Sosial şəbəkədə haqqımda xoşagəlməz ifadələr yazanlar vecimə deyillər. Səbəb isə odur ki, onların əksəriyyəti saxta səhifələrdəndirlər, yəni şəkili, adı olmayanlardır. Mən bu sənətə 24 il əvvəl gəlmişəm. Bu sənətə gəlməyim üçün mənə nə heç bir kişi dəstək durmayıb, nə də bir insan mənə pul verməyib. Mən özüm öz sənətimlə... Bəziləri kimi tapşırıqla, bədən quruluşu ilə, "day-day", "əmi" və pul hesabına bu sənətə gəlməmişəm. Necə geyinirəmsə, bu mənim öz şəxsi işimdir". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Sənətçi onun açıq-saçıq geyimlərini sosial şəbəkədə tənqid edənlərə sərt şəkildə cavab verib: 

"Siz, sosial şəbəkələrdə haqqımda neqativ şərhlər yazanlar, məni açıq-saçıq görmək istəyirsiniz. Bəs, niyə bəyənmirsiniz? Bu günlərdə yeni mahnıma klip çəkdirdim. Klipdə başımı çalma ilə örtmüşəm, yazıblar ki, "həci xanımdır". Çalma nə vaxtdan "həci xanım" əlaməti olub? Çalma - aksessuardır. Şlyapa taxmışam, yazıblar ki, "dama"san. Biraz oxuyun, mütaliə edin. Savadsız fikirləriniz və "plintus" səviyyəsində sözlərinizlə məni bezdirmisiniz". 


Etiketlər:  sənətə bədən quruluşu hesabına gəlməmişəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ