Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2025 12:55
Əməkdar artist Şəbnəm Tapdıq maraqlı açıqlamalar verib.
Sonxeber.net xəbər verir ki, heç vaxt toya getmədiyini deyən müğənni həmin ifaçıların adlarının AzTV-də "qara siyahı"ya salındığını bildirib:
"Toya gedən müğənnilər o vaxt "qara siyahı"ya düşürdü. Mən heç vaxt toya getməmişəm. Bizim dövrdə təkcə AzTV 1 kanalı var idi. Bizi məclislərə getməyə qoymurdular. Mənə demişdilər ki, toya getdin, işlərimizi pozdun. Çox çağırırdılar, amma mən toya getməmişdim. İndi də çağırırlar, amma öz yerimə başqasını göndərirəm. Ona verilən məbləğin bir hissəsini mənə verirlər".