Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekofəallar Romada dəbdəbəli mağazalara hücum etdi - FOTO

Ekofəallar Romada dəbdəbəli mağazalara hücum etdi - FOTO

Tarix: 18 May 2024 06:08

"Ultima generazione" ekoloji hərəkatının fəalları Romanın mərkəzində İspaniya meydanının yaxınlığında divarlara boya töküblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aksiyada iştirak edən aktivistlər yoldan ötənlərlə də dava ediblər. Aksiya polis onları saxlayana qədər davam edib.

Qeyd edək ki, buna qədər ekofəallar aksiyalar keçirmək üçün memarlıq abidələrini və ya sənət əsərlərini, o cümlədən Uffitsi Qalereyasını və ya Vatikan Muzeylərini seçirdilər. Onlar həmçinin vaxtaşırı magistral yolları bağlayır və ya fəvvarələrə və Venesiyadakı Böyük Kanala boyalar töküblər. Lakin onlar bir qayda olaraq, zərərsiz və ekoloji cəhətdən təmiz maddələrdən istifadə edirdilər. Bu yolla fəallar ictimaiyyətin diqqətini iqlim dəyişikliyi probleminə cəlb etməyə çalışırlar.

Milli.Az


Etiketlər:  Ekofəallar Romada dəbdəbəli mağazalara hücum etdi FOTO


RƏYLƏR