Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 12:04
“Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyonun London klubunda keçirdiyi ilk mətbuat konfransında maraqlı anlar yaşanıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı çalışdırıcı jurnalistlərin verdiyi suallara özünəməxsus cavablar verib.
O, “4 il əvvəl sizə "Tottenhem"ə mümkün keçidiniz barədə sual ünvanlanmışdı. Siz isə "Çelsi"ni, azarkeşləri çox sevdiyinizi və heç vaxt "Tottenhem"i çalışdırmayacağınızı demişdiniz. İndi nə dəyişib” sualına belə cavab verib: “Onda "Çelsi"dən qovulmamışdım (gülür).
Daha sonra digər jurnalistin verdiyi “Sizcə, Çempionlar Liqasının finalında məğlub olmaq “Tottenhem”ə necə təsir etdi” sualını isə belə cavablandırıb: “Bilmirəm. Çünki mən heç vaxt Çempionlar Liqasının finalında məğlub olmamışam”.
Qeyd edək ki, daha öncə “Portu”, “Çelsi”, “Real”, “İnter” və “Mançester Yunayted"də çalışan 56 yaşlı mütəxəssis 3 dəfə Çempionlar Liqasının, 1 dəfə isə Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub.