Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2024 13:40
2024-cü ilin yanvar-aprel aylarında İtaliyadan Türkiyə limanlarına 9 milyon 654 min 953 ton yük daşınıb.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 2 milyon 106 min 34 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 7 milyon 148 min 319 ton yük çatdırıb.
Bu müddət ərzində İtaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 400 min 600 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına İtaliyadan 5 milyon 280 min 570 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34 milyon 395 min 89 ton yük qəbul edib.
Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.
"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub", - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından 6 milyon 77 min 466 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul edib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min 186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton təşkil edib", - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min 756 gəmi qəbul edib
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.
2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477 gəmi qəbul edib.
"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 773 olub", - deyə nazirlikdən bildirilib.