Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sevilya”da vida

“Sevilya”da vida

Tarix: 19 May 2024 10:20

"Sevilya"nın baş məşqçisi Kike Sançes Flores mövsümün sonunda postunu tərk edəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

59 yaşlı ispaniyalı ötən ilin dekabrından bu postu tutur. Onun rəhbərliyi altında 23 matça çıxan komanda 11 qələbə qazanıb, 4 heş-heçə edib və 8 dəfə uduzub.

Qeyd edək ki, 36 turdan sonra 41 xala malik "Sevilya" 12-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Sevilyada vida


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ