Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2024 21:06
Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda finala yüksəlib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, təmsilçilərimiz əvvəlcə yer aldıqları B qrupunu birinci pillədə başa vurublar.
Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə (4:2) qazanıb.
Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.