Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 13:48
“Fənərbaxça” brend adının dəyişəcəyi haqda sosial mediada yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın “CNN Turk”ə istinadən yaydığı xəbərə görə, klubun rəsmi açıqlamasında bildirilib ki, “Fənərbaxça”nın adının 15 il müddətinə satılacağı ilə bağlı danışıqlara başlanılmasına dair xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, bu gün Türkiyənin bəzi media orqanlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Fənərbaxça” ilə danışıqlara başladığı iddia olunub. Bildirilib ki, tərəflər arasında razılıq əldə olunacağı halda, “Fənərbaxça”nın adı “Fənərbaxça SOCAR” və ya “Fənərbaxça SC” olacaq və klubun bütün borcları silinəcək.
Tərəflər arasındakı razılaşmanın 15 illik olacağı və “Fənərbaxça”nın 450 milyon avro gəlir əldə edəcəyi iddia edilib.