Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO

“Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO

Tarix: 21 May 2024 13:15

"Xəstələnib xəstəxanaya düşəndə fikirləşdim ki, nə yaxşı evlənməmişəm, subayam. Yəni uşağımı və ya xanımımı ortalıqda qoymamışam. Anam bəlli yaşa çatıb, məni böyüdən insandır və yaşamağın yolunu bilir. Mənsiz anam yaşaya bilər. Bir də var ki, evli olasan, bir uşağın qalar belə... Kiminsə qızı ilə evlənib, yenicə başlamışdıq "salam aleykumə" indi də gəl təkbaşına uşaq böyüt. Yəni bunların olmamasına sevindim". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri aparıcı və aktyor Elcan Rəsulov qonaq olduğu "Söhbət var" verilişində deyib. 

Bir müddət əvvəl səhhəti ağırlaşaraq xəstəxanalıq olan Elcan sağalandan sonra da pis vərdişlərini tərgidə bilmədiyini vurğulayıb: 

"Xəstəxanada özüm-özümə sayaqlayırdım ki, sağalıb, buradan çıxandan sonra qızardılmış yeməklər yeməyəcəyəm. Yalnız səliqəli şəkildə buxarda bişirilmiş yeməklər yeyecəyəm.

Səhərlər hava şəraitindən asılı olmayaraq, çovğun, qar olsa da, Yeni Bulvarda bir saat gəzəcəyəm və siqareti atacağam. Başqa variantım yoxdur, səliqəli olmalıyam. Bir də bu yaşıma kimi heç zaman şorba içməmişdim. Sulu xörəyin nə olduğunu bilmirdim, çünki zəhləm gedirdi.
Qərar vermişdim ki, hər yeməkdən əvvəl şorba içəcəyəm. Xəstəxanadan çıxandan sonra bir tək şorba məsələsinə əməl edirəm. Amma səhərlər bulvarda gəzmək, hava yaxşı belə olsa, getmirəm, siqareti də tərgidə bilmədim". 


Etiketlər:  Xəstəxanaya düşəndə sevindim evli deyiləm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ