Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 19:22
Bu gün Bakıda yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında ilk mükafatçılar bəlli olacaq.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, həlledici görüşdə Azərbaycan millisinin 2 idmançısı da xalçaya çıxacaq.
Ziya Babaşovla Xasay Həsənli çempionluq uğrunda mübarizə aparacaq. Daha bir güləşçimiz bürünc medal uğrunda, digər ikisi təsəlliverici görüşdə gücünü yoxlayacaq.
Yunan-Roma güləşi
63 kq
Ziya Babaşov finalda Vitali Yeriomenko (Moldova) ilə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Babaşov bununla da Avropa çempionu tituluna yiyələnib.
77 kq
Xasay Həsənli qızıl medal uğrunda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib. O, rəqibinə heç bir şans verməyib (9:1) və Avropa çempionatını qızıl medalla bitirib.
55 kq
Rəşad Məmmədov bürünc medal uğrunda görüşdə İvan Stefanskiyə (Ukrayna) qarşı mübarizə aparıb. 7:0 hesabı ilə qalib gələn "klassik"imiz Avropa çempionatını 3-cü yerdə başa vurub.
87 kq
Laçın Vəliyev təsəlliverici görüşdə Patrik Qordanı (Rumıniya) sınağa çəkib. O, 4:3 hesabıyla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, yığmamız qitə birinciliyində yunan-Roma güləşində 10 idmançı ilə təmsil olunur. Yarış mayın 26-a qədər davam edəcək.