Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusu təlimlərə başladı

Rusiya ordusu təlimlərə başladı

Tarix: 21 May 2024 20:08

Rusiyanın Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının istifadəyə hazırlanması və istifadəsi üzrə təlimlər başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi manevrlər çərçivəsində "İsgəndər" raket kompleksləri üçün xüsusi sursatın əldə edilməsi, onların məxfi yerdəyişməsinin təmin olunması, habelə buraxılışa hazırlanması üzrə tapşırıqlar icra ediləcək.

Rusiya Hərbi Kosmik Qüvvələrinin şəxsi heyətinin qarşısında həmçinin, zərbə xarakterli aviasiya vasitələri, xüsusilə "Kinjal" raketlərinin döyüş sursatı ilə təchiz edilməsi üzrə bacarıqlarını təkmilləşdirmək, eləcə də əvvəlcədən təyin olunmuş istiqamətlərə çatmaq vəzifəsi qoyulub.

Nazirliyin rəsmi məlumatında təlimlərin Rusiyanın suverenliyinə yönələn təhdidlər, habelə Qərbin təxribatları əleyhinə olduğu açıqlanıb.

Milli.Az


Etiketlər:  Rusiya ordusu təlimlərə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ