Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nə arzulamışamsa, hamısına çatmışam”

“Nə arzulamışamsa, hamısına çatmışam”

Tarix: 22 May 2024 09:30

Müğənni Sevda Yahyayeva evlilik haqqında danışıb.

Milli.Az olay-a istinadən bildirir ki, ifaçı karyeradan sonra ailə qurmağın daha yaxşı olduğunu deyib. Bu barədə o, "Söhbət var" verilişində bəhs edib.

"Karyera qurub, ailə qurmaq daha yaxşıdır. Elə bir zəmanədə yaşayırıq ki, ailədə kişi və qadın pul qazanmalıdır. Ona görə karyera qurub, sonra ailə qurmaq. Ailə məsələləri qismət məsələləridir. Mən 30 yaşıma qədər ailə qurmaq haqqında düşünmürdüm. Uşaqlıqdan, həmişə səhnədə olmaq istəmişəm. Müğənni olum, səhnədə olum, mahnılarım olsun. Nə arzulamışamsa, hamısına çatmışam. 30 yaşdan sonra öz-özümə qaldım ki, evim, işim, gücüm var. Rəfiqələrimə baxdım, hamısının ailəsi var. İstəyərəm ki, ailəm olsun. Şükür ki, bu gün o da oldu", - deyə, Sevda söyləyib.

Qeyd edək ki, Yahyayeva 2020-ci ildə Zakir Bayramov adlı həkimlə ailə qurub. Cütlüyün Ayla və Aida adlı iki qızı var.

Milli.Az


Etiketlər:  arzulamışamsa hamısına çatmışam


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ