Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir qalmaqal: Depardye bu dəfə jurnalisti yumruqladı

Daha bir qalmaqal: Depardye bu dəfə jurnalisti yumruqladı

Tarix: 22 May 2024 14:40

Dünya şöhrətli fransız aktyor Jerar Depardye Romada jurnalisti yumruqlayıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, son illərdə cinsi təcavüzdə ittiham olunan Depardye bu dəfə fotojurnalistə hücum ittihamı ilə gündəmə gəlib. Depardye onun fotolarını çəkən italyan fotojurnalist Rino Barillariyə yumruq vurub.

Barillari "Messaggero" qəzetinə açıqlamasında "Via Venetoda gedərkən onu gözəl bir xanımla gördüm və fotolarını çəkdim. O, yanıma gələrək üzümə 3 yumruq vurdu. Başım ağrıyır. Artıq 15 yox, 79 yaşım var. İndi xəstəxanaya gedirəm. Bu barədə polisə məlumat verəcəyəm" deyib.

Qeyd edək ki, Barillari ölkədə "paparassilər kralı" kimi tanınır.


Etiketlər:  Daha qalmaqal Depardye dəfə jurnalisti yumruqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ