Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2024 17:52
Ötən gün yayımlanan "Bahar" serialının növbəti bölümündə baş rol ifaçısı Demet Evqarın əynindəki libas diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ekran işində "Cülyetta" obrazı üçün aktrisanın əynində real həyatda toyunda geyindiyi gəlinlik olub.
Bu, izləyicilərin gözündən qaçmayıb və maraq oyadıb.
Xatırladaq ki, Evqar 2022-ci ildə 6 aylıq hamilə olarkən həyat yoldaşı Levent Babataşla ailə qurub. Cütlüyün 1 qızı var.
Qeyd edək ki, Demet serialda "Bahar" obrazına həyat verir. Layihədə eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkilir.