Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis Metyu Perri ilə bağlı istintaqa başladı

Polis Metyu Perri ilə bağlı istintaqa başladı

Tarix: 23 May 2024 06:25

Los-Anceles polisi və Narkotiklərlə Mübarizə İdarəsi "Dostlar" serialının ulduzu Metyu Perrinin cəsədinin yarılmasının nəticələri ilə bağlı araşdırmaya başladıb.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb.

Hüquq-mühafizə orqanları Perrinin ölümünə səbəb olan reseptlə satılan dərmanı necə əldə etdiyini müəyyən etmək niyyətindədir. Onların tərkibində bəzən depressiyanı müalicə etmək üçün istifadə edilən ketamin mövcuddur.

Perrinin qanında bu maddənin konsentrasiyası tapılıb. Bu qədər təhlükəli dərmanın aktyorun əlinə necə keçdiyi hələ də bəlli deyil.

Məhkəmə ekspertinin fikrincə, ketamin sənətçidə ürək-damar sisteminin həddindən artıq stimullaşdırılmasına və tənəffüs depressiyasına səbəb olub. Perrinin ölümünə səbəb olan digər amillər arasında boğulma, koronar arteriya xəstəliyi və opioid asılılığını müalicə etmək üçün istifadə edilən buprenorfinə məruz qalma daxildir.

Perrinin müntəzəm olaraq ketamin terapiyası aldığı da məlumdur. Lakin bu dərmanın son dəfə aktyora ölümündən bir həftə əvvəl verilib. Bu, onda ketaminin yüksək olmasına səbəbi ola bilməzdi.

Kaliforniya Universitetindən bildirib ki, ketamin psixi sağlamlıq pozğunluqları və depressiyanı müalicə etmək üçün özəl klinikalardan əldə edilə bilər. Bəzi insanlar bunu narkotik vasitə kimi istifadə edirlər. O, böyük dozalarda halüsinasiyalar yaradır.

Polisin hesabatında isə deyilir ki, Perri ölən zaman onun evində qeyri-qanuni maddələrin izi olmayıb. Yarılmanın nəticələrinə görə, sənətçi təxminən 19 ay spirtli içki qəbul etməyib.

Aktyorun yaxınlarının dediyinə görə, o, ölümündən iki həftə əvvəl siqareti atıb və ketamin qəbulunu dayandırmaq istəyib.


Etiketlər:  Polis Metyu Perri ilə bağlı istintaqa başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ