Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 10:32
Hazırda Kirantsda sərhəd dayaqlarının qalan hissəsinin quraşdırılmasına başlayıblar. 9 dayaq qoyulub, 3 və ya 4 dayaq qalıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında "Mülki Müqavilə" fraksiyasından olan deputat Vahe Qalumyan deyib.
O bildirib ki, legitimlik ölkənin təhlükəsizliyidir, yeganə zəmanət bu və başlanğıc əməkdaşlıqdır.
Qalumyan etiraf edib ki, belə bir şeyin olacağını - Azərbaycan sərhədinin Kirantsa dayanacağını təsəvvür etmirdilər, ancaq bu təsəvvürün heç bir əhəmiyyəti yoxdur:
"Gec-tez Ermənistan və Azərbaycan demarkasiya və demarkasiya işlərinə başlamalı və həyata keçirməli idilər".