Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 13:58
Türkiyə ordusunun hərbçisi İraqın şimalında şəhid olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi Vedat Zorba partlayış zamanı həlak olub.
Terror təşkilatının üzvlərinin əraziyə əvvəlcədən partlayıcı yerləşdirməsi və hadisənin də qurğunun işə düşməsi səbəbindən baş verdiyi qeyd edilib.