Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarovadan Paşinyanın ittihamlarına cavab

Zaxarovadan Paşinyanın ittihamlarına cavab

Tarix: 23 May 2024 17:08

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-nin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Zaxarova Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı KTMT-nin iki ölkəsinin Ermənistana yardımı imitasiya etdiyi bəyanatına istehza ilə cavab verib.

"Mən düzünü desəm, Ermənistan Baş nazirinin hansı ölkələri nəzərdə tutmasında maraqlıyam. Biz hamımız özümüz təxmin etməliyik, yoxsa bizə sonra söyləyəcəklər. Məntiqli olardı ki, həmin ölkələrin adları səsləndirilsin. Əgər burada ciddi bəyanatdan söhbət gedirsə... Biz bunu rəsmi İrəvanın öhdəsinə buraxırıq. O ki qaldı Rusiyaya, o, (müharibənin dayandırılması üçün-red.) hər şeyi edib", - Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova İkinci Qarabağ müharibəsinin gedişatında və ondan sonra Moskvanın atəşkəslə bağlı Bakı və İrəvan arasında aparılan danışılar prosesini xatırladıb.

Milli.Az


Etiketlər:  Zaxarovadan Paşinyanın ittihamlarına cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ