Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadırovdan Putinə: Onminlərlə çeçen hazırdır!

Kadırovdan Putinə: Onminlərlə çeçen hazırdır!

Tarix: 23 May 2024 22:36

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü və respublikanın xüsusi hərbi əməliyyatda iştirakı və sosial-iqtisadi vəziyyətlə bağlı məruzə etdiyini bildirib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında yazıb.

O, Vladimir Putini Çeçenistana dəvət edib:

"Mən bir daha dövlət başçısına bildirdim ki, birinci əmrə əsasən, on minlərlə təlim keçmiş və təchiz olunmuş ehtiyatda olan hərbçi xüsusi əməliyyat zonasına getməyə hazırdır".

Onun sözlərinə görə, xüsusi əməliyyat başlayandan hərbi əməliyyatlar zonasına 43,5 min çeçen göndərilib ki, onlardan 18 mini könüllüdür.


Etiketlər:  Kadırovdan Putinə Onminlərlə çeçen hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ