Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO)

Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO)

Tarix: 22 Noyabr 2019 18:40

Bakı. Trend:

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 ­̶ Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, AQTA əməkdaşları 1003 ­̶ Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge küçəsi, 20/22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Lalə Əziz qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkar olunub. Müəyyən edilib ki, ümumi sahəsi 35-40 m2 olan müəssisədə kustar üsulla çörək istehsalı, satışı və daşınması həyata keçirilir. Müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir.

Yoxlama zamanı məlum olub ki, çörək istehsalı müəssisəsində temperatur və rütubət rejiminə riayət olunmur. Un anbardakı taxta altlıqların üzərində, birbaşa divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. İstifadə olunan kustar üsulla hazırlanmış işçi masaların, çörək yığılan rəfin səthləri lazımi qədər hamar və dezinfeksiya üçün əlverişli deyil.

Müəyyən edilib ki, müəssisədə istifadə edilən sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların təmizlənməsi, dezinfeksiyası da normalara uyğun aparılmır.

İstehsal müəssisəsində unun yoğurulması, xəmirin mayalanması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışı eyni bir sahədə aparılır. Bu da qida təhlükəsizliyi baxımından istehsal olunan çörəyin fiziki, kimyəvi və mikrobioloji çirklənməsinə səbəb olur.

Qeyd edək ki, sanitar geyimlə təmin olunmayan işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar, eləcə də istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər yoxlamaya təqdim olunmayıb. Müəyyən edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO) Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlanıb (FOTO)


Etiketlər:  Qaydalara əməl etməyən daha çörək sexi aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ