Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə - Reaksiya

Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə - Reaksiya

Tarix: 24 May 2024 21:50

Xəbər verdiyimiz kimi, meyxanaçı Balaəli Maştağalının "Təhsilsizəm, amma hansı universitetə getsəm, dekan işləyərəm" fikri sosial şəbəkələrdə tənqid edilib.

Sonxeber.net xəbər verir ki, meyxana ustadı Ağamirzə Məmmədov teleqraf.com-a açıqlamasında Balaəli Maştağalının fikirlərinə neytral mövqe bildirib:

"Balaəlinin dekan işləmək istəyinə fikir bildirə bilmərəm. Nə bilim, vallah... Onun ali təhsili olmasa da çox böyük istedadı var. İstedadına arxayın olaraq bu fikri bildirə bilər. Həm də tərbiyəli insandır. Meyxanaları da insanlar tərəfindən sevilir. Allah onu saxlasın. Savadı da var. Yəqin özünə arxayındır ki, bu fikri səsləndirir.

Mən həmişə Balaəlini dəstəkləyirəm və dəstəkləmişəm. Amma bu fikirlərinə münasibət bildirmək məsələsndə neytralam".


Etiketlər:  Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə Reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ