Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ bunu etsə, dünya müharibəsi olacaq - Medvedyev

ABŞ bunu etsə, dünya müharibəsi olacaq - Medvedyev

Tarix: 26 May 2024 14:30

ABŞ-ın Ukraynada Rusiya qüvvələrini vurması dünya müharibəsinə gətirib çıxaracaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"Birincisi, yankilər (ABŞ) indiyədək belə bir söz deməyib, çünki onlar polyaklardan daha ehtiyatlıdırlar. İkincisi, ABŞ-ın mövqelərimizə hücumu dünya müharibəsinin başlaması deməkdir və hətta Polşa kimi bir ölkənin xarici işlər naziri bunu başa düşməlidir", - Medvedyev bildirib.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Qərb silahları ilə hücumlarına qarşı olmadığını bildirmişdi.

Milli.Az


Etiketlər:  ABŞ bunu etsə dünya müharibəsi olacaq Medvedyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ