Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail ordusunun sözçüsü: ''Rəfahda vətəndaşların yaralandığı iddiası araşdırılır''

İsrail ordusunun sözçüsü: ''Rəfahda vətəndaşların yaralandığı iddiası araşdırılır''

Tarix: 27 May 2024 08:40

"Rəfahda ölənlərlə bağlı xəbərlərdən xəbərdarıq, araşdırırıq və əlavə məlumat alan kimi açıqlama verəcəyik".

Sonxeber.net xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, İsrail qırıcıları Rəfahda HƏMAS terror təşkilatına məxsus kompleksi hədəfə alıb:

"Bir az əvvəl qırıcılar Rəfahda HƏMAS terror təşkilatına məxsus kompleksi hədəfə alıb. Bu hücumda hədəf təşkilatın mühüm adamları olub. Beynəlxalq hüquq normalarına uyğun olaraq həssas sursatlardan istifadə edilib. Hücum və yanğın nəticəsində bəzi mülki vətəndaşların yaralandığı iddiası araşdırılır".


Etiketlər:  İsrail ordusunun sözçüsü Rəfahda vətəndaşların yaralandığı iddiası araşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ