Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd etdi

Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd etdi

Tarix: 27 May 2024 10:14

İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS-ın Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb.

Bildirilib ki, sonuncu müzakirələr zamanı səsləndirilən təklif İsrailin hökumət başçısına çatdırılsa da o axırıncı HAMAS döyüşçüsü qalanadək mübarizənin davam etdiriləcəyini bildirib.

Məlumata əsasən, İsrail tərəfi mayın 25-də əsirlərin mübadiləsi və atəşkəslə bağlı danışıqların növbəti həftədən davam etdirməyə hazır olduğunu bildirib. Hökumətdən verilən açıqlamada qeyd olunub ki, qarşı tərəf bu təklifi cavabsız qoyub.

Milli.Az


Etiketlər:  Netanyahu HAMAS ın atəşkəs təklifini rədd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ