Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 01:36
"Başakşəhər"in futbolçusu Arda Turan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə barışıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu, sözügedən komandalar arasında superliqanın 12-ci turunda keçirilən oyun öncəsi baş verib. Arda "Türk Telekom" stadionunda Terimin yanına gedərək onu qucaqlayıb və əlini öpüb. Onlar bir-birilərinə oyunda uğurlar diləyib.
Xatırladaq ki, Türkiyə millisinin "Avro-2016"da uğursuz çıxışından sonra Arda Turanla Fatih Terimin münasibətləri pisləşmişdi.
Yuxarı