Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İmtahan”ın ulduzu ərindən boşandı - FOTO

“İmtahan”ın ulduzu ərindən boşandı - FOTO

Tarix: 27 May 2024 12:30

"İmtahan" serialı ilə məşhurlaşan aktrisa Üzel Kərimova həyat yoldaşından boşanıb.

Sonxeber.net bildirir ki, OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi ailə qurduğu türk vətəndaşı Muhammed Talha Güneridən rəsmi olaraq bu gün ayrılıb.

Nizami Rayon Məhkəməsində hakim Starə Əliyevanın sədrliyi ilə keçirilən məhkəmədə tərəflər iştirak etməyib.

Qeyd edək ki, cütlük üç ildir ayrılsalar da, rəsmi boşanma baş tutmamışdı. Talha illərdir ABŞ-də yaşayır, Üzel isə fəaliyyətini Azərbaycanda davam etdirir. Onlar 2018-ci ilin sentyabrında evlənmişdilər.


Etiketlər:  İmtahanın ulduzu ərindən boşandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ