Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əhmədinejadın Xamenei ilə ixtilafı üzə çıxdı

Əhmədinejadın Xamenei ilə ixtilafı üzə çıxdı

Tarix: 27 May 2024 16:02

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın dini lider Əli Xamenei ilə dərin ixtilafını əks etdirən video yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, videoda keçmiş prezidentin müşaviri Abbas Əmirifər Əhmədinejadla dialoqu haqda danışıb.

"Mən Əhmədinejada dedim ki, sənin hamı ilə problemin var, bu səni populyar edə bilər, ancaq rəhbər Əli Xamenei ilə bağlı belə etmək olmaz! O dedi ki, təsadüfdən, bizim problemimiz elə onunladır", - keçmiş müşavir bildirib.

Yerli ekspertlərin fikrincə, Əli Xamenei ilə Əhmədinejadın ixtilafını əks etdirən videonun növbədənkənar prezident seçkiləri ərəfəsində yayılması Mahmud Əhmədinejadın prosesdən uzaqlaşdırılmasına hesablanıb.

Milli.Az


Etiketlər:  Əhmədinejadın Xamenei ilə ixtilafı üzə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ