Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2024 20:22
Keşiş Baqrat Qalstanyan meymunluq edir, bu cahil erməniləri aldadır.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.
Analitik keşişlikdən imtina edən din xadiminin kilsə rütbəsini necə saxladığı və fəaliyyətini dondurduğunu anlamadığını söyləyib.
Arakelyanın fikrincə, Qalstanyanın açıqlaması hiylə və meymunluqdur.
"Hər şey saxlanılırsa, dondurulan nədir? Bu cahil adam bütöv bir xalqı aldatmaq istəyir", - ekspert bildirib.
Baqrat Qalstanyan bundan əvvəl dini rütbəsinin saxlanıldığını, amma Tavuş yerparxiyasının rəhbəri kimi fəaliyyətinin dondurulduğunu açıqlayıb.
Ermənistan konstitusiyasına görə, din adamları və kilsə xadimləri siyasətlə məşğul ola bilməzlər. Bu səbəbdən Qalstanyanın siyasi hərəkata rəhbərlik etməsi sual doğurur. Keşiş artıq müxalifətin baş nazir namizədi olduğunu bəyan edib.