Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2024 15:08
Rusiya Polşa diplomatlarının hərəkətini məhdudlaşdırmaq üçün cavab tədbirləri görəcək ki, Rusiyaya nifrət edən Polşa elitası peşman olsun.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Təfərrüat hələ məlum deyil. Polşa Xarici İşlər Nazirliyinin notası açıqlanıb. Biz onu alandan sonra araşdırıb, cavab tədbirləri görəcəyik ki, rus nifrətində boğulan Polşa elitası növbəti antirusiya addımlarına görə qəti şəkildə peşman olsun", - o bildirib.
Qeyd edək ki, bundan öncə Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə örazisində rus diplomatların hərəkətini məhdudlaşdırdıqlarını açıqlamışdı. Belə ki, Rusiya səfirliyinin əməkdaşları yalnız paytaxtda hərəkət edə biləcəklər, konsulluq əməkdaşları isə işlədiyi regiondan kənara çıxa bilməz. Məhdudiyyət halnız səfirin özünə tətbiq edilməyəcək.