Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azanı azərbaycan dilində oxumaq olar? - Elşad Miri cavabladı

Azanı azərbaycan dilində oxumaq olar? - Elşad Miri cavabladı

Tarix: 28 May 2024 18:44

Son günlər sosial şəbəkə platformalarının yerli seqmentində ən çox paylaşılan videolardan biri azanın Azərbaycan dilində səsləndirilməsidir.

Sonxeber.net-ın bakıvaxtı.az-a istinadən məlumatına görə, bu paylaşım izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi şəxslər bunun doğru olmadığını, azanın ərəb dilində oxunmalı olduğunu bildirsə də, bu addımın tam doğru olduğunu qeyd edənlər də az deyil.

Bəs görəsən, azanı fərqli dillərdə səsləndirmək olarmı? Məsələyə dini yanaşma necədir?

Bakıvaxtı.az-ın əməkdaşı mövzu ilə bağlı İlahiyyatçı alim Elşad Miri ilə əlaqə saxlayıb.

E.Mirinin sözlərinə görə, azanın fərqli dillərdə, eyni ilə də Azərbaycan dilində səsləndirilməsində heç bir qadağa və ya günah ola bilməz:

"Azanla bağlı məsələ Quranda konkret olaraq göstərilməyib ki, necə olmalıdır. Quranda "namaza çağırıldığınız zaman" cümləsi işlədilir. Amma hansı formada olması göstərilməyib. Həmin dövrdə insanlar Peyğəmbərlə toplaşıb, belə bir qərar veriblər ki, insan səsi olsun. İndi o dövrdə olduğu kimi deyil ki. Dəyişikliklər var. Məsələn, indi mikrofonla səsləndirilir. Bundan əlavə, azan oxunarkən səs formaları da var. Məsələn Türkiyədə, Ərəbistanda, Misirdə səs formaları fərqlidir. Amma bunun hər hansı dildə oxunması ilə bağlı problem və dini forma yoxdur".

Elşad Miri: Azanla bağlı məsələ Quranda konkret olaraq göstərilməyib ki, necə olmalıdır

İlahiyyatçı bildirir ki, uzun illər ərzində azan forması və səsləndirildiyi dil formalaşıb deyə, onu fərqli dildə səsləndirəndə qəribə alına bilir:

"Uzun illərdir ki, azan ərəb dilində oxunub deyə, fərqli dildə oxunanda bir az qəribə səslənə bilər. Bu, artıq ənənə halını alıb. Bu gün biz namaza azana görə yox, saata baxıb gedirik. Bəzən heç azanın səsini eşitmədən belə ibadətimizi yerinə yetiririk. Vaxtlə Türkiyədə də bu mövzu gündəmə gətirilib. Azan hər dildə, eyni ilə də Azərbaycan dilində səsləndirilə bilər".


Etiketlər:  Azanı azərbaycan dilində oxumaq olar Elşad Miri cavabladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ