Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pərdə nə üçündür? Mənası böyükdür''

''Pərdə nə üçündür? Mənası böyükdür''

Tarix: 28 May 2024 21:05

"Onu bilirəm ki, nəvəmi çəkib instaqramda paylaşmayacağam. Uşaqlarıma demişəm ki, qocalanda telefonu əlimdən alın. Birdən düzgün davranmaram". 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" verilişində deyib. Sənətçi yaşlı nəslin nümayəndələrinin sosial şəbəkədə onlara yaraşmayan hərəkətlər etdiyini bildirib:

"Çünki bəzi ağbirçək və ağsaqqallara baxıram, sosial şəbəkədə onlara yaraşmayan hərəkətlər edirlər. Hər şeyi çəkib paylaşırlar. Allah bizim ağlımızı başımızdan almasın. Evdə hər şey edə bilərsən, amma paylaşa bilməzsən. Pərdə nə üçündür? Mənası böyükdür. Pərdəni çəkirsən ki, evin içini də görməsinlər. Bir çox insanlar isə o pərdəni çəkib və çıxıb küçəyə. İnsan müasir ola bilər, amma bizim mənəvi dəyərlərimiz, olmazlarımız var".


Etiketlər:  Pərdə üçündür Mənası böyükdür


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ