Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəfaha atılan bombalar ABŞ-də hazırlanıb

Rəfaha atılan bombalar ABŞ-də hazırlanıb

Tarix: 29 May 2024 20:10

İsrailin Rəfah düşərgəsinə endirdiyi bombalar ABŞ-də hazırlanıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.

Bildirilib ki, bu iddia, NYT və silah ekspertləri tərəfindən nəzərdən keçirilən əyani sübutlara istinad edir:

"Düşərgədə lentə alınan sursat qalıqları "GBU-39" bombasının qalıqlarıdır. Bu, ABŞ-də dizayn və istehsal edilən bombadır. ABŞ rəsmiləri İsraili bu tip bombaları istifadə etməyə sövq edib. Sözügedən bombaların isə mülki şəxslər arasında itkiləri azalda biləcəyi iddia edilir".

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına görə, ABŞ uzun müddətdir İsrailə ən böyük silah tədarükçüsü olub və Qəzza hücumu ilə bağlı Bayden administrasiyasına artan siyasi təzyiqlərə baxmayaraq, bu, dəstək davam edir.


Etiketlər:  Rəfaha atılan bombalar ABŞ hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ