Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2024 12:15
Müğənni Xatun Əliyeva mərhum qardaşı, stilist Balaşla bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı qardaşının ad günü olduğunu bildirib.
"Kaş sənin üçün hər darıxdığımda qucaqlamaq kimi bir şansım olsaydı. Elə darıxıram sənsiz... Bir şəklin var, onu telefonum ekranına qoymuşam. Elə bil dünyanın bütün yükü çiynindədir, nakam baxışın var, qardaşım. Hər baxanda andığım, ağladığım Balaşım, mövludun mübarək. Yaşasaydın 41 yaşını qeyd edəcəkdik" deyə, Xatun paylaşımında yazıb.
Qeyd edək ki, Balaş beyin xərçəngindən dünyasını dəyişib. Onun iki övladı var.