Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deyirdi ki, get hamamda oxu''

''Deyirdi ki, get hamamda oxu''

Tarix: 31 May 2024 09:15

"Bizdə heç vaxt oxumaq məsələsi ola bilməzdi.  Mən oxumaq deyəndə, atam deyirdi ki, "get, hamamda oxu, orada yaxşı səslənmə var". Mən də hamama girirdim, acığa nə atam var, nə də anam mahnısı oxuyurdum. Öz aləmimdə hamamdan söz ötürürdüm".

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Günaylı gün" verilişində deyib.

Sənətçi bildirib ki, atası əvvəlcə onun müğənni olmasına qarşı çıxsa da sonradan onun istedadını görərək dəstək olub:

"16 yaşımda 11-ci sinifdə oxuyurdum. Məktəbdə soruşdular ki, "içinizdə kim oxuya bilir?". Mən səsimi çıxarmadım. Sinif  yoldaşlarım bilir ki, səsim var, dedilər "Səidə". Evdən xəbərsiz məni apardılar məktəblərarası "Pöhrə" mahnı müsabiqəsinə. 2000-ci il idi. Getdim o müsabiqəyə. Birinci və ikinci mərhələləri keçdim, artıq evə demək lazım idi. Anam da oxumağımı istəyirdi, amma dedi, "səsini çıxarma". Əslində müğənni olmaq istəmirdim. Hamısını sinif yoldaşlarım etdi. 

Müsabiqələri keçdim, laureat oldum. Atam gördü ki, istedad var, qəbul etdi. Heç yadımdan çıxmır. Dedi ki, "mən səni başa düşürəm, görürəm ki, ancaq ora qaçırsan. Sənin yolunu kəssəm, düz çıxmayacaq. Amma bil ki, bu sənətdə sənə ailə qurmaq çətin olacaq". Dedim, ay kişi, əri nə edirəm"


Etiketlər:  Deyirdi hamamda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ