Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 16:00
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Başakşəhər"in futbolçusu Arda Turan haqda açıqlama verib.
Qol.azın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 66 yaşlı mütəxəssis ötən gün "Başakşəhər"ə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra Ardanın onun əlini öpərək, barışması barədə danışıb. O, 32 yaşlı yarımmüdafəiçinin hərəkətinin gözlənilməz olduğunu deyib:
"Mən çox təəcübləndim, gözləmirdim. Övlad bəzən insanı incidir, bəzən təəccübləndirir, bəzən də duyğulandırır. Mən o əvvəlki Ardanı bu gün gördüm. Mənim yetişdirdiyim Arda bu idi. Bu Arda qəlbə də girər, könülə də".
Qeyd edək ki, Arda Turanla Fatih Terimin münasibəti Türkiyə millisinin "Avro-2016"dakı uğursuz çıxışından sonra pisləşmişdi.