Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyana ABŞ-da türkcə təbrik: Nikol bəy, iyi ki… - VİDEO

Paşinyana ABŞ-da türkcə təbrik: Nikol bəy, iyi ki… - VİDEO

Tarix: 2 Iyun 2024 08:36

Ermənistanın Baş naziri Nikol Paşinyanın doğum günü münasibəti ilə orijinal təbrik Nyu Yorkun Tayms meydanındakı reklam lövhələrindən birində yer alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntü yayılıb.

Böyük ekranda Türkiyə bayrağının fonunda "Doğum gününüz qutlu olsun, Nikol bəy, iyi ki, doğuldunuz, neçə belə illərə" təbrikindən sonra kiçik ölçülü, ürək şəkilli Türkiyə bayraqlarının müşayiəti ilə Nikol Paşinyanın fotosu görünüb.

Qeyd edək ki, 1 iyunda Nikol Paşinyanın 49 yaşı tamam olub.

Bu təbrikin isə ABŞ-ın erməni diasporunun xüsusi mesajı olduğu istisna edilmir.

Milli.Az


Etiketlər:  Paşinyana ABŞ türkcə təbrik Nikol bəy VİDEO


RƏYLƏR