Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağırsaq florasının hansı qidalara ehtiyacı var?

Bağırsaq florasının hansı qidalara ehtiyacı var?

Tarix: 3 Iyun 2024 06:06

Rusiyalı terapevt Yekaterina Qavrilenko bildirib ki, alma və bananın tərkibində bağırsaq florasının qorunmasına kömək edən prebiyotiklər var.

"Prebiyotiklər mədə-bağırsaq traktında yaşayan faydalı mikroorqanizmləri "qidalandırmağa" kömək edir. Alma və banandan əlavə, onlar dənli bitkilər, paxlalılar və süd məhsullarında olur", - deyə Qavrilenko bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, həkim həmçinin hər yeməyə liflə zəngin paxlalılar, göyərti, tərəvəz və meyvələr əlavə etməyi məsləhət görüb.

"Lif parçalanmadan və sorulmadan mədə-bağırsaq traktından keçir, bu da bağırsaq hərəkətinə kömək edir", - deyə həkim qeyd edib.

Qavrilenko həmçinin yavaş həzm olunan və mədə seliyinin qıcıqlanmasına səbəb olan yağlı qidaları daha az yeməyə çağırıb.

"Yavaş yemək və müntəzəm fiziki fəaliyyət sağlam həzmi təşviq edir", - deyə o əlavə edib.


Etiketlər:  Bağırsaq florasının hansı qidalara ehtiyacı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ