Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Musson leysanları dəhşət saçdı: Ölənlər var

Musson leysanları dəhşət saçdı: Ölənlər var

Tarix: 3 Iyun 2024 10:22

Şri-Lankada adada yağan güclü yağışlar və küləklər nəticəsində azı 15 nəfər ölüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzi məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, ölüm faktları ölkənin yeddi bölgəsində, o cümlədən paytaxt Kolomboda qeydə alınıb.

İlkin məlumatlara görə, 25 inzibati rayondan 20-si təbii fəlakətdən zərər çəkib. Dörd mindən çox evə qismən ziyan dəyib, 28 ev tamamilə dağılıb. Ada dövlətinin 19 minə yaxın sakini çətin vəziyyətdə qalıb.


Etiketlər:  Musson leysanları dəhşət saçdı Ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ