Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ailə dramı deyirlər, mən bu şeylərə indi gülürəm''

''Ailə dramı deyirlər, mən bu şeylərə indi gülürəm''

Tarix: 4 Iyun 2024 00:20

"Ailə dramı deyirlər, mən belə şeylərə indi gülürəm. O vaxt 2-3 yerdən zərbələr aldım. Şəkidə rus pulu ilə 225 manat maaş alırdım. SSSR-i Xalq artisti Hökümə Qurbanova da eyni məbləği qazanırdı. Birdən birə Şəkidən Bakıya gələndə 40 manat maaş aldım. İki uşağım var idi, məktəbə gedirdilər, yol və yemək pulu var idi".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Gülşad Baxşıyeva "Həftənin qonağı" verilişində deyib.

O, həyatda qarşılaşdığı çətinlikləri keçmiş həyat yoldaşı, Şəki Teatrının rejissoru Hüseynağa Atakişiyevlə əlaqələndirib:

"Hər dəfə mənə "torba" tikiblər. Mən də bezirdim. Bu işin başında birinci növbədə həyat yoldaşım Hüseynağa var idi. Məni öz teatrından uzaqlaşdırdı. Şəxsi məsələlərlə bağlı idi. Başqa bir qadınla münasibəti vardı. Mən də qüruruma sığışdırmazdım ki, həmin kollektivdə işləyim və səhnəyə çıxım.  

Mənim çox yaxşı arxam olub. Həyatda qalmağımın səbəbi budur. Mənim arxam doğmalarım yox, Allah olub. Tutaq ki, bir adam məni incitsə, sadəcə çönüb ona baxaraq içimdə nəsə desəm, o mütləq bəlaya düşməlidir. Məni qoruyan o olub. Düzdür, mənə yaxın bir-iki nəfər olub. Onların mənə etdiklərin heç vaxt unutmaram. Özü də qadınlar olub. Dəstək deyəndə elə bilirlər ki, kişi cinsinə mənsubdur".

Milli.Az


Etiketlər:  Ailə dramı deyirlər mən şeylərə indi gülürəm


RƏYLƏR