Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Şoyquya daha bir vəzifə verdi

Putin Şoyquya daha bir vəzifə verdi

Tarix: 5 Iyun 2024 09:40

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu hərbi-sənaye kompleksində işləri koordinasiya edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Məsələlər çox müxtəlif olduğundan istehsalın rentabelliyini nəzərə almaq, Müdafiə Nazirliyinin müvafiq avadanlıq almasını təmin etmək lazımdır. Burada bütün bu işlərin müstəqil koordinatoru lazımdır. Bu koordinator Təhlükəsizlik Şurasının katibi olacaq", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin müvafiq əmri ilə Sergey Şoyqu müdafiə naziri postundan çıxarılaraq TŞ-nin katibi təyin edilib. MN rəhbərliyinə isə Andrey Belousov gətirilib.

Milli.Az


Etiketlər:  Putin Şoyquya daha vəzifə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ