Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliya sahillərindəki neft ləkələri Rio-de-Janeyroya çatıb

Braziliya sahillərindəki neft ləkələri Rio-de-Janeyroya çatıb

Tarix: 24 Noyabr 2019 04:16

Bakı. Trend:

Braziliya Hərbi Dəniz Qüvvələri avqustun sonu - sentyabrın əvvəlində ölkənin şimal-şərqində 6000 ton neft töküldükdən sonra Rio-de-Janeyro əyalətinin sahillərində ilk neft çırkablarını aşkar edib.

Trend-in məlumatına görə, hərbi heyət ekoloji vəziyyətin monitorinqini aparır və Braziliya Ətraf Mühit İnstitutu çirklənməni ləğv etmək istiqamtində işlərə nəzarət edir.

Braziliya sahillərində baş verən neft dağılması nəticəsində ölkənin şimal-şərqində və cənub-şərq hissəsindəki 11 ştatda 724 çimərlik çirklənib. Çirklənmiş ərazilər sırasına çimərliklər, çay deltaları və qaya birləşmələri daxildir.

Dağılan neftin mənşəyi hələ də məlum deyil. Hökumət sızmada Yunan gəmisi "Bubulinya"nı günahlandırıb, lakin gəmi sahibi "Delta Tankers" sızıntı ilə bağlı ittihamları rədd edib və istintaqda iştirak etməyə hazır olduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Braziliya sahillərindəki neft ləkələri Janeyroya çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ