Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O yaşlı müğənnini efirə çağırırlar ki, həmkarlarını söysün” - VİDEO

“O yaşlı müğənnini efirə çağırırlar ki, həmkarlarını söysün” - VİDEO

Tarix: 6 Iyun 2024 12:50

"Bir personaj var... O kanaldan çıxıb, digərinə girir. 1865-ci ildə bir dənə mahnı oxuyub... O tarixdən bu tarixə kimi bir dənə də olsa yeni mahnı oxumayıb. Yaşlı insandır, onu efirlərə çağırırlar ki, başqa insanları söysün. Ay qardaş mahnını oxu da... Sənin şöhrətli və şanlı sənət yolunda olmayıb ki, biz köhnə "baqajına" görə sənə hörmət edək".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi yaşlı nəslin nümayyəndəsi olan həmkarının efirlərdə gəncləri tənqidedici çıxışlarını sərt şəkildə qınayıb:

"O şəxsin cəmi bir mahnısı var. O da ki, böyük bir sənətkarın qanadının altında gizlənmişdi. O şəxs isə bir qrupun solisti idi. Çağırmayın da bu insanı efirə. Böyük cavana düşmən kəsiləndə dərhal mənə də düşmən kəsilir. Çünki mən bu sənətə gələnə qədər çox sayda "Hələ sən cavansan çox şeylər olacaq. Hara tələsirsən..." kimi kəlmələri eşitmişəm. Dolayısı ilə onlar mənim və bir sıra müğənnilərin önünə çəpər qoyurdular. Ona görə gənclərə yalnız dəstək durmaq lazımdır. Təbii ki, əgər o və mahnısı buna layiqdirsə. Dur onun arxasında, kömək elə... Biz əgər pisləri qınayırıqsa və zövqümüzü xərəb olmasında günahlandırırıqsa, yaxşıları da zamanında tərifləmək lazımdır".

Milli.Az


Etiketlər:  yaşlı müğənnini efirə çağırırlar həmkarlarını söysün VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ